EN

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - YENİLƏNİB - 5

Azərbaycan yığması UEFA Millətlər Liqasınının oyununda Slovakiyaya məğlub olub.

"Far.Az"un məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibindən 2 cavabsız qol buraxıb.

Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda keçirilən qarşılaşmanın 22-ci dəqiqəsində Ondrey Duda, 4 dəqiqə sonrasında isə David Strelets fərqlənib.

21:05

UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında ikinci hissə başlayıb.

"Far.Az"un məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda 2:0 öndədir.

22-ci dəqiqədə Ondrey Duda, 26-cı dəqiqədə isə David Strelets fərqlənib.

20:48

UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında ilk hissə başa çatıb.

"Far.Az"un məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda 2:0 öndədir.

22-ci dəqiqədə Ondrey Duda, 26-cı dəqiqədə isə David Strelets fərqlənib.

20:33

UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında növbəti qol vurulub.

"Far.Az"un məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri ikinci dəfə hesabı dəyişib.

26-cı dəqiqədə David Strelets komandasının üstünlüyünü möhkəmləndirib.

20:25

UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında hesab açılıb.

"Far.Az"un məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda irəli çıxıb - 1:0.

22-ci dəqiqədə Ondrey Duda penalti zərbəsini dəqiq yerinə yetirib.

20:00

UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçına start verilib.

"Far.Az"un məlumatına görə, C Liqasının I qrupunun görüşü “Koşitse Futbol Arenası”nda keçirilir.

Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edir.

Chosen
155
27
far.az

10Sources