EN

Tərlan Əhmədov yenə də “Neftçi”nin baş məşqçisi olmaq iddiasındadır - VİDEO

"Komandanın çox yaxşı heyəti var, bu heyətlə uğur əldə etmək olar".

“Neftçi”nin sabiq baş məşqçisi Tərlan Əhmədov belə deyib.

Premyer Liqanın yayımçı kanalına açıqlama verən mütəxəssis öz arzusunu dolayısı ilə diqqətə çatdırıb.

2017-2018-ci illərdə “ağ-qaralar”ın sükanı arxasında dayanmış çalışdırıcı o illərə səyahət edib, bürünc medalı xatırladıb.

Əhmədov bildirib ki, “Neftçi” və “Kəpəz” arasında rəqabət bərpa olunmasa, millinin səviyyəsi qalxmayacaq.

“Şamaxı” və “Kəpəz”də də işləmiş məşqçi deyib ki, hazırda turnir cədvəlinin alt sıralarında yer almasına rəğmən, “Neftçi”ni ayağa qaldırmaq mümkündür, sadəcə, bunun üçün rəhbərlik təcili qərar verməlidir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Chosen
40
49
sportinfo.az

10Sources