EN

Azərbaycanda ağır YOL QƏZASI: 5 nəfər ÖLDÜ - FOTOLAR

Biləsuvarda ağır yol qəzası olub.

 

Ekoloiya.az xəbər verir ki, Bəhrəmtəpə-Biləsuvar yolunda "Lada-012"markalı minik avtomobil "MAN" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 4 nəfər hadisə yerində ölüb, bir nəfər xəsarət alıb.

 

Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Həmin şəxsin xəstəxanada öldüyü bildirilir.

 

İlkin məlumata görə, qəzada ölənlər Cəlilabadad rayon sakinləridir. Onlar toy karvanında Ağcabədidən gəlin gətirirmişlər.

 

Faktla bağlı araşdırma aparılır.(APA)




Chosen
20
13
ekologiya.az

10Sources