EN

İran və Fransa danışılmış oyunda şübhəli bilinir

İran və Fransa milli komandaları futzal üzrə dünya çempionatının qrup mərhələsində danışılmış oyunda şübhəli bilinir. Bu barədə “RMC Sport” xəbər verir.

Görüş 4:1 hesabı ilə İran yığmasının xeyrinə başa çatıb. Məlumata görə, fransızlar pley-off mərhələsində daha rahat rəqiblə düşmək üçün qəsdən məğlub olublar. F qrupunda İranla oyundan öncə Fransa artıq turnirin pley-off mərhələsinə vəsiqəni təmin etmişdi.

DÇ-2024-ün 1/8 finalında Fransa Tailandla, İran isə Mərakeşlə qarşılaşmalıdır.

Chosen
58
50
futbolinfo.az

10Sources