EN

Sülh müqaviləsinin bağlanması üçün real imkan var - Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyası çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Analena Barbok ilə görüşüb.

Modern.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, həmsöhbətlər qarşılıqlı maraq doğuran geniş spektrli məsələləri, ikitərəfli gündəliyi, Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının dərinləşdirilməsini və regional mövzuları müzakirə ediblər.

Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti kontekstində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində baş verən son hadisələrə dair fikir mübadiləsi aparılıb. Ararat Mirzoyan vurğulayıb ki, hazırda sülh müqaviləsinin bağlanması üçün real imkan var.

Chosen
2
4
modern.az

10Sources