EN

"Qarabağ" "Tottenhem"in qonağı olacaq - Avropa Liqası

"Qarabağ" bu gün UEFA Avropa Liqasında İngiltərənin "Tottenhem" klubu ilə üz-üzə gələcək.
 
Moderator.az xəbər verir ki, Liqa mərhələsinin I turunun matçı Londonda keçiriləcək.
 
"Tottenhem" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edəcək.
 
UEFA Avropa Liqası
 
Liqa mərhələsi, I tur
 
26 sentyabr
 
23:00. "Tottenhem" (İngiltərə) - "Qarabağ"
 
Baş hakim: Villi Delajo (Fransa).
 
London. "Tottenhem" stadionu
 
Qeyd edək ki, Azərbaycan çempionu oktyabrın 3-də Bakıda İsveçin "Malmö" kollektivini qəbul edəcək. "Tottenhem" isə Macarıstanda “Ferentsvaroş"un qonağı olacaq.
 
Chosen
3
26
moderator.az

10Sources