EN

Cəbrayıl şəhərinə köçən 36 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB FOTO

Cəbrayıl, 26 sentyabr, Aydın Yavərzadə AZƏRTAC

Bu gün ilk köç karvanı ilə Cəbrayıl şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıla qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.

Daha sonra ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskublaşıblar.

Bununla da Cəbrayıl şəhərində 36 ailə, yəni 117 nəfərin daimi məskunlaşması təmin edilib.

12:47

31 ildən sonra Cəbrayıl şəhəri öz doğma sakinlərinə qucaq açıb. Böyük Qayıdış proqramı üzrə Cəbrayıl şəhərinə ilk köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl şəhəri ilk köç prosesində 36 ailə olmaqla, 117 nəfərə qucaq açıb. Şəhərə qədəm qoyan ailələr böyük coşqu ilə qarşılanıb və Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, köçürülən ailələrin Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb.

 

Chosen
6
6
azertag.az

10Sources