EN

Prezident Adminstrasiyasının sabiq sekor müdiri Agentlik sədri oldu

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edilib.


Pravda.az report-a istinadla xəbər verir ki, bu, Yalçın Camalovdur. O, bu vəzifədə Seymur Mövlayevi əvəz edib.


Y. Camalov bundan əvvəl Prezident Adminstrasiyasının Dövlət Nəzarəti Məsələləri şöbəsinin monitorinq və təhlil sektorunun müdiri, o vaxtkı Əmlak Məsələləri Dövlət Komitəsinin İnvestisiyaların cəlb edilməsi departamentinin direktoru, bir sıra özəl şirkətlərdə rəhbər vəzifələrdə işləyib.

Tarix: 26 Sentyabr 2024, 18:02   
Chosen
6
26
pravda.az

10Sources