EN

"Deepfake" təhlükəsi - Daha diqqətli olaq!

"Deepfake" texnalogiyası ilə  özünü nazir kimi təqdim edən şəxs amerikalı senatoru aldatdı. 

News365.az xəbər verir ki, özünü Ukraynanın keçmiş xarici işlər naziri kimi təqdim edən şəxs amerikalı senatora mail yazaraq zoom ilə görüşmək istədiyini bildirib.

Senator görüşü qəbul edib və həmin şəxslə danışmağa başlayıb. Deepfake texnologiyasından istifadə edən şəxs başlayıb fərqli siyasi suallar verməyə. O suallardan ən maraqlısı Rusiya ərazisinə uzaqmənzilli raketlərin atılmasını dəstəkləyib-dəstəkləmədiyi barədə sual olub.

Senator söhbət əsnasında şübhələnib və Xarici İşlər Nazirliyinə bu barədə məlumat verib. XİN şübhəlinin həqiqi nazir olmadığını təsdiqləyib.

Diqqətli olaq, bu texnologiya ilə yaxın gələcəkdə bizi də aldatmağa çalışacaqlar.


Chosen
14
news365.az

1Sources