EN

Ceyhun Bayramov İqlim Maliyyəsi mövzusunda qeyri-formal dialoq tədbirində çıxış edib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində nazirlərin İqlim Maliyyəsi mövzusunda NCQG üzrə qeyri-formal dialoqu tədbirində çıxış edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi "X" hesabında məlumat paylaşılıb.

Qeyd edilib ki, nazir çıxışında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) diqqətin ədalətli və məqsədyönlü nəticələrin əldə olunması üçün iqlim maliyyəsi məsələsinə yönəldilməsinin vacibliyindən danışıb.

Azərbaycanın COP29-a sədrliyi çərçivəsində irəli sürülən təşəbbüslərə və aparılan müzakirələrə toxunan nazir bu kimi addımların iqlim maliyyəsi və digər vacib məsələlərin həllinə verdiyi töhfələrdən bəhs edib.



Bizim.Media

Chosen
4
13
bizim.media

10Sources