EN

Stolüstü tennisçilərimizdən 3 MEDAL

Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində təşkil olunan “WTT Youth Contender” turnirində üç mükafat əldə ediblər.

 

Modern.az-ın məlumatına görə, beynəlxalq yarışa baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə qatılan seçmə komanda 1 qızıl, iki bürünc medal qazanıb.

 

Onur Quluzadə 13 yaşadək idmançilar arasında bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutub. Eyni yaş qrupunda mübarizə aparan Yağmur Məmmədli 3-cü yerlə kifayətlənib.

 

Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi isə, qarışıq qoşa yarışlarında mükafatçılar sırasında yer alıb. 16 yaşlı idmançılar U-19 yaş dərəcəsində üçüncü yeri tutublar.

 

Qeyd edək ki, Batumi sınaqlarında ev sahibi Gürcüstanla yanaşı, Azərbaycan, Türkiyə, ABŞ, İngiltərə, İsrail, Qazaxıstan, Özbəkistan, Ukrayna, Belarus və Litva komandaları iştirak ediblər.

Chosen
4
15
modern.az

10Sources