EN

Daha bir igid oğlumuzu itirdik... - FOTO

Biləsuvarda Vətən müharibəsi veteranı vəfat edib.Cəlal Adıböyük oğlu Rəhimov bu səhər ürəktutmadan dünyasını dəyişib.O, doğulduğu Biləsuvar rayonunda dəfn edilib.40 yaşlı C.Rəhimov 2005-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Azərbaycan Ordusunun zabiti kimi cəbhə bölgəsində Vətənə şərəflə xidmət edib. Qüsursuz xidmətlərinə görə çoxsaylı orden və medallara layiq görülüb.Mayor C.Rəhimov Vətən müharibəsində Füzuli, Xocavənd, Tuğ və Şuşa uğrunda qəhrəmancasına döyüşüb. Artilleriya komandiri olub.Qeyd edək ki, veteran müharibədən sonra Şuşada yerləşən hərbi hissədə artilleriya divizionunun komandiri vəzifəsində çalışıb. Bir il idi ki, ehtiyata buraxılmışdı. Subay idi. lent.az

Chosen
6
18
dia-az.info

10Sources