EN

Rutte oktyabrın 1-dən NATO-nun baş katibi vəzifəsinin icrasına başlayacaq

Oktyabrın 1-də Mark Rutte rəsmi olaraq NATO-nun baş katibi vəzifəsinin icrasına başlayacaq. 

Missiya.Az “Reuters”ə istinadən xəbər verir ki, Niderlanda 14 illik rəhbərliyi zamanı inkişaf etdirdiyi koalisiya qurmaq bacarığı ilə tanınan siyasətçi 32 dövlətdən ibarət NATO-nun birliyini gücləndirməli olacaq.

Bildirilir ki, Rutte Ukraynada davam edən müharibə, ABŞ siyasətində artan qeyri-müəyyənlik və Rusiyadan gələn təhdidlər də daxil olmaqla bir sıra ciddi problemlərlə üzləşəcək.

Məlumata görə, yeni baş katibin əsas vəzifələrinə Kiyevi dəstəkləmək, alyans üzvlərinin müdafiə xərclərini artırmaq və ABŞ-nin Avropa təhlükəsizliyində iştirakını saxlamaq daxildir. 

Mənbənin sözlərinə görə, Rutte üçün əsas problemlər arasında Donald Trampın ABŞ prezidenti postuna mümkün qayıdışı və Şərqi Avropa müttəfiqlərinin Rusiyaya qarşı müdafiəsini gücləndirmək tələblərinin artması da daxildir. Bundan əlavə, siyasətçi Ukraynanın əlavə hərbi yardımla bağlı müraciətləri ilə bağlı məsələləri həll etməli olacaq.

Qeyd edək ki, Rutte NATO-nun baş katibi vəzifəsində Yens Stoltenberqi əvəzləyib.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
36
50
missiya.az

10Sources