EN

“Təhsil imtahan bataqlığına çevrilməməlidir”-ekspert Elşən Qafarov

Təəssüflər olsun ki, ümumtəhsil müəssislərinə aid islahatlar əsasən imtahanlarla müşaət edilir. İl ərzində müəllimlər 70 -ə yaxın imtahan keçirilir. Bu zaman cəmiyyətdə elə təsürat yaranır ki, Azərbaycan təhsilinin işi hər gün ancaq imtahan keçirməkdir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, təhsil sistemində neqativ halların qarşısını almaq üçün Təhsil Nazirliyi tərəfindən islahatlar keçirilir. Lakin bəzi müəllimlər məqsədlərinə nail olmaq üçün digər yollara da əl atırlar. Bu yol müəllimlər arazında gizli razılaşmadır:
“Qarşılıqlı yerdəyişmə məsələsində yaş həddini dolduran müəllimlərlə rayonda çalışan müəllimlər aralarında razılığa gəlirlər. Yaş həddini doldurmaq üzrə olan müəllimlər guya gedib rayonda çalışır . Orda isə bülleten götürərək demək olar ki, məktəbə getmir. Müəllimlər bir-birləri ilə razılığa gəlirlərsə o, zaman yerdəyişmə imtahanı nəyə lazımdır. Bu kimi imtahanların çox olması təhsildə nəyə xidmət edir, o bəlli deyil. Ümumiyyətlə, müəllimlərin imtahan sayını minumuma yendirmək lazımdır. Bu zaman təhsilin inkişafı ilə bağlı addımlar ata bilərik. Təhsili imtahan bataqlığına çevrilməməliyik.
Təhsil keyfiyyətinin artması ilə bağlı işlər görülməlidir. Pedaqoji müsahibələrlə bağlı müzakirələr keçirməli, müsabiqələr təşkil edilməlidir. Şəhər məktəblərində kifayət qədər işini bilən və savadlı müəllimlər var. Onların işlərinin üzə çıxarılması üçün çalışılmalıdır. Bütün diqqət yalnız imtahanlara yönəlməməlidir.
Biz bir sözlə təhsilin və tədrisin keyfiyyəti üçün addımlar atmalıyıq. Yoxsa keçirilən imtahanların heç biri yetəri qədər səmərə verməyəcək”.

Chosen
80
arantv.az

1Sources