EN

Polad Bülbüloğluna “Aleksandr Nevski” ordeni təqdim edilib

Sergey Lavrov Polad Bülbüloğluna “Aleksandr Nevski” ordenini təqdim edib. SİA xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada diplomatik fəaliyyətini başa çatdırmış Polad Bülbüloğlu ilə görüşüb. Nazir “Aleksanr Nevski" ordenini Polad Bülbüloğluna təqdim edib.

Diplomat bu mükafata Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə ölkələrimiz arasında müttəfiqlik əməkdaşlığının gücləndirilməsinə dair səylərinə görə layiq görülüb.

S.Lavrov ümidvar olduğunu bildirib ki, P.Bülbüloğlu Milli Məclisin Mədəniyyət komitəsinin sədri kimi də çoxşaxəli Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək.

Chosen
30
5
sia.az

6Sources