EN

Zəfər xronikası. 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibəsi (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib.

Trendmüsahibəni təqdim edir:

Jurnalist: Azərbaycan Respublikasının Prezidenti,“Əl-Cəzirə”yə müsahibə verdiyiniz üçün Sizə təşəkküredirəm.

Prezident İlham Əliyev: Sizi görməyə çox şadam.

-Ermənistan və Azərbaycan arasında hazırkı münaqişə 20ildən artıqdır ki, başlayıb. Müəyyən irəliləyişlər və geriləmələrolmuşdur, lakin bu vaxta kimi sülhə nail olunmamışdır. Niyə görə bumünaqişə bu qədər uzun çəkir?

-Əsas səbəb odur ki, Ermənistan sülh istəmir. Onlar bizimtorpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlarstatus-kvonu dəyişmək istəmirlər və bu da münaqişənin bu qədər uzunçəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsasbeynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı,münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı. Çünki 1993-cüildə Ermənistan ərazilərimizin bir hissəsini işğal etdikdə BMTTəhlükəsizlik Şurası qoşunların bizim ərazilərdən dərhal, tam vəqeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etdi. Lakinbu qətnamələr kağız üzərində qalmaqdadır. Həll yolunun tapılmasıüçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki,fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Qeyd etdiyim kimi,əsas səbəb Ermənistanın mövqeyidir, ikinci səbəb BirləşmişMillətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrininicrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsivə təzyiqin olmamasıdır. Bir çox hallarda mən bu məsələniqaldırmışam və demişəm ki, Ermənistanı qətnamələrin tələblərinəəməl etməyə məcbur etmək və torpaqlarımızın boşaldılmasına başlamaqüçün ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır. Lakinmənim müraciətlərimə müvafiq şəkildə cavab verilməmişdir və indibaş verənlər Ermənistanın destruktiv siyasətinin nəticəsidir.

-Beləliklə, Siz deyirsiniz ki, Azərbaycan beynəlxalqmüstəvidə narahatlıq doğuran hüquqi məsələlərə görə layiq olduğubeynəlxalq səviyyədə dəstəyi almır?

-Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarvə qətnamələri baxımından bizim çox geniş dəstəyimiz var. Dediyimkimi, beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik ŞurasıErmənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələrqəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasıeynisini edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı,Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqalarıeynisini edib, lakin bu, kifayət etmir. Beləliklə, münaqişəninhəlli üçün hüquqi çərçivəmiz var, lakin təcavüzkara kifayət qədərpraktiki təzyiq yoxdur. Beləliklə, biz burada beynəlxalq hüquq vəreallıqda baş verənlər arasında ziddiyyət görürük. Ermənistantərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəlqoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsullaişlədiyinin yaxşı göstəricisidir. Bildiyiniz kimi, bəzi hallardaTəhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçəsaat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzunillərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktikitəzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsininsəbəblərindən biridir.

-Siz Ermənistanı bu müharibəni, bu münaqişəni başlamaqdagünahlandırırsınız. Bir çoxları iddia edə bilər ki, Ermənistan özcari ərazisini və 2018-ci ildəki məxməri inqilabdakı qələbəninəzərə alaraq münaqişənin başlamasına risk etməzdi. Buna Siz nədeyərdiniz?

-Bu cür təhlillərin səbəbinin nə olduğunu bilmirəm. Lakin bizburada nə görürük, biz yerlərdə nə baş verdiyini görürük. Əgər soniki ildə “inqilab”dan sonra Ermənistanın nə etdiklərinə və nə bəyanetdiklərinə nəzər salsaq görərik ki, onlar bizi həmişə təhrikediblər və yeni müharibəyə başlamağı hədəfə alıblar və bunun səbəbidanışıqları tamamilə pozmaq idi. Onlar Azərbaycana qarşı bir neçəhərbi təxribat törədiblər. İyulun 12-də onlar münaqişə regionundançox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində,Ermənistan-Azərbaycan sərhədindəki kəndlərimizə və hərbimövqelərimizə hücum ediblər. Onların bunu nə üçün etdiklərini başadüşmək çox çətin idi. Onlar ağır artilleriya ilə bizə hücumetdilər. Hərbi qulluqçular arasında ilk itkiləri Azərbaycan tərəfiverdi. Bizim dörd hərbi qulluqçumuz və 76 yaşlı bir kəndli dərhalöldürülmüşdür. Beləliklə, biz cavab tədbiri görməli idik. Cavabverdikdən və onlar acı məğlubiyyətlə üzləşdikdən sonra geriçəkildilər, atəşkəs üçün yalvarmağa başladılar. Onda da mən dedimki, bizim Ermənistanın ərazisində heç bir hərbi məqsədlərimizyoxdur. Biz onları geri oturdan kimi və onlar istədiklərini həyatakeçirə bilmədiklərini başa düşən kimi toqquşmalar dayandı.Toqquşmalar yalnız dörd gün davam etdi. Sonra avqustun 23-dəErmənistan ordusu tərəfindən ərazimizə daxil olmaq və terroraktlarını törətmək üçün göndərilmiş diversiya qrupu dağıdılmışdırvə bu diversiya qrupunun başçısı yaxalanmışdır. Hazırda o, istintaqaltındadır. O, mülki vətəndaşlarımıza və hərbi qulluqçularımızaqarşı terror aktları törətmək üçün göndərildiyini bildirən ifadələrverir. Bunu biz etməmişdik, bunu onlar etdilər. Sonra sentyabrın27-də baş verənlər bu siyasətin məntiqi davamıdır. Bundan əlavə,biz onların bəyanatlarına, söylədiklərinə nəzər salsaq, onlarınbizi təhrik etməsi açıq-aşkar görünür. Bir il bundan əvvəlErmənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan etmişdir vəbu bəyanat danışıqları tamamilə mənasız edir. Çünki danışıqlarmasasında olan əsas məsələlərdən biri işğal edilmiş ərazilərinAzərbaycana qaytarılmasıdır. Əgər o, “Qarabağ Ermənistandır” deyirvə onun anlayışına görə Qarabağ təkcə keçmiş Dağlıq Qarabağ muxtarvilayəti deyil, buraya bütün işğal olunmuş ərazilər daxildir. Bu,onların bu əraziləri geri qaytarmaq istəmədikləri, bu, danışıqlarınsonu deməkdir.

-Ermənistan nəyə görə risk edib təxribata əlatıb?

-Birincisi, hesab edirəm ki, onlar danışıqlar prosesini tamamiləməhv etmək istəyirdilər. Sonra onlar etdikləri kimi, buna görə bizigünahladırmaq və “baxın, Azərbaycanla danışıqlar aparmaq mümkündeyil” söyləmək istəyirdilər. Hesab edirəm ki, səbəblərdən biri dəonların daxili çətinlikləri ola bilər. Çünki biz indi Ermənistandabaş verənləri bilirik. Onlar çox ciddi siyasi böhrandan əziyyətçəkirlər. Hücuma keçməmişdən iki gün əvvəl əsas müxalifətpartiyasının rəhbəri həbs edilmişdir. Sabiq iki prezident barədəcinayət araşdırması aparılır. Faktiki olaraq, Ermənistandadiktatura rejimi yaradılmışdır. İnqilabdan sonra baş nazirinverdiyi bütün vədlər kağız üzərindədir. Heç nə icra edilməmişdir.Orada adambaşına görə pandemiya ilə əlaqədar vəziyyət dünyada ənpis vəziyyətlərdən biridir. Beləliklə, diqqəti yayındırmaq lazımidi və o, bunu edə bildi. İndi isə o, nə etməyə çalışır? GuyaAzərbaycanın təcavüzü qarşısında cəmiyyəti bir araya gətirmək və özşəxsi hakimiyyətini gücləndirmək istəyir. Beləliklə, onlarınfikrincə, hər şey çox məntiqlidir, lakin onlar çox böyük səhvetdilər. Bundan əlavə, təcavüzdən bir neçə gün əvvəl mən BMT BaşAssambleyasında çıxış etdim və dedim ki, onlar müharibəyəhazırlaşırlar və onları dayandırmaq lazımdır. Bu da baş verdi.

-Bundan əvvəl Siz dediniz ki, Ermənistan ordusu işğaletdikləri ərazilərdən qeyd-şərtsiz çıxmalıdır, indi regionda hansıməqsədləriniz var?

-Kim, biz?

-Bəli, Azərbaycan olaraq.

-Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mənim tələb etdiklərimtamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünyaAzərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi“Dağlıq Qarabağ respublikası”nı tanımır. Mənim söylədiyim sözlərdemək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir.Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonramüharibə dayanacaq, münaqişəyə son qoyulacaq. Ola bilsin müəyyənmüddət keçdikdən sonra Ermənistan və Azərbaycan xalqları sülhşəraitində birlikdə yaşaya biləcəklər. Bu, bizim mövqeyimizdir vəo, dəyişməzdir. Bu, tarixi həqiqətə, beynəlxalq hüquqa və həmçinindüşünürəm ki, regionumuzdakı bu günün siyasi və geosiyasireallıqlarına əsaslanır. Hesab edirəm ki, Ermənistan hökumətiözlərinin qlobal arenada “əhəmiyyətinə”, onlara göstərilə biləcəkmümkün beynəlxalq dəstəyə həddindən artıq böyük qiymət veriblər vəbizi təhrik etməklə, bizə hücum etməklə böyük səhvlərə yolveriblər. İndi də onlar ciddi məğlubiyyət acısını yaşayırlar.

-Siz Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlarmasasına getməyi qəbul edərdinizmi?

-Əslində, danışıqlar dayanıb. Çünki onun “Qarabağ Ermənistandır”ifadəsindən sonra mən danışıqlar üçün heç bir imkanın olmadığınıdedim. Lakin Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətininyeni olduğunu, ola bilsin emosiyalarına və sözlərinə tam hakim olabilmədiyi üçün məndən xahiş edərək deyirdilər ki, Azərbaycan dahaçox anlayış göstərsin. Mən dedim ki, yaxşı, gəlin cəhd edək. Bizsülh yolunu tapmaq istəyirik, ona görə də biz uzun illərdir ki,gözləyirdik və bu yayındırıcı yanaşma olmasaydı, yəqin danışıqlardavam edəcəkdi. Bu bəyanatdan sonra mənim Ermənistanın baş naziriilə görüşüm oldu. Lakin görüşlər tamamilə mənasız idi, rəsmixarakter daşıyırdı. O, mənə əraziləri geri qaytarmayacaqlarınıdeyirdi. Əgər onlar bunu etmək istəmirlərsə, əgər onlar neçə illərərzində Minsk qrupu tərəfindən hazırlanmış prinsiplərə qarşıçıxırlarsa və danışıqları məhv edirlərsə bundan sonra nədəndanışmaq olar ki? Danışıqlar birtərəfli qaydada aparıla bilməz.Bizim tərəfdaşımız olmalıdır. Lakin Ermənistanın simasında bizimhələ danışıqlarda tərəfdaşımız yoxdur.

-Onda danışıqlar masasına qayıtmaq üçün Azərbaycanınilkin şərti kimi Ermənistanın işğal olunmuş ərazilərdən çıxmasınıdeyə bilərikmi?

-Əslində, Ermənistanın baş naziri bizə qarşı ilkin şərtlər irəlisürüb. Yeri gəlmişkən, düşünürəm ki, bu da növbəti təxribatdır. Birneçə ay öncə o, Azərbaycan üçün yeddi ilkin şərt irəli sürmüşdü.Əslində, o, öz gündəliyini bizə və Minsk qrupuna diktə etməkistəyirdi. Bu ilkin şərtlərdən biri də ondan ibarət idi ki,Azərbaycan “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalıdır.Bunu təkcə biz yox, həm də Minsk qrupu rədd etdi. Çünki bu, iyirmiildən çox müddət ərzində hazırlanmış danışıqların formatınıtamamilə dəyişir. Danışıqlar Ermənistan və Azərbaycan arasındaaparılır. Beləliklə, o, bizə qarşı ilkin şərtlər irəli sürür və bizonları rədd etdik. Onun bunu etmə səbəbi ondadır ki, o,danışıqların dayanmasını və status-kvonun dəyişməz olaraqsaxlanmasını istəyirdi. Bizə gəldikdə, biz həmişə danışıqlarahazırıq. Biz heç vaxt danışıqlardan imtina etməmişik. Əvvəlkiillərdə danışıqlar prosesində çətin vaxtlar yaşamışıq. Heç də hərşey rəvan getmirdi. Lakin Ermənistanın əvvəlki rəhbərləri ilə bizimprosesimiz olub və biz mərhələli yanaşmanı işləyib hazırlamışdıq.Əks halda, biz bu qədər uzun illər bu prosesdə iştirak etməzdik.Bu, faydasız vaxt deyildir. Hesab edirəm ki, biz çox böyükirəliləyişə nail olmuşduq. Mən bu prosesdə 2003-cü ildən bəriiştirak edirəm. Mən Ermənistanın iki sabiq prezidenti iləişləmişdim. Biz irəliləyişə nail olduq, bu, asan deyildi. Bizdə çoxmüxtəlif fikirlər var idi, lakin biz mərhələli şəkildəirəliləyirdik və indiki məqamda əldə etdiklərimizi işləyibhazırlamışdıq. Paşinyan hakimiyyətə gəldikdən sonra nəinki ondanəvvəl olanları məhv etdi, o, ondan əvvəl sanki Ermənistanın mövcudolmadığı və indi yeni Ermənistanın yaradıcısı kimi davranmaqistəyirdi. O, işlənilmiş bütün prinsipləri məhv etdi. Buna görəbütün məsuliyyət onun və onun hökumətinin üzərindədir.

Yeri gəlmişkən, Ermənistanda rasional insanlar bunu başa düşür.Onlar Ermənistan əhalisinə xəbərdarlıq edərək bu şəxsin onlarınölkəsini fəlakətə apardığı ilə bağlı bəyanatlar verirlər.Danışıqlarda belə davranmaq olmaz, Azərbaycanı belə təhrik etməkolmaz.

Digər bir təxribat Azərbaycanın qədim Şuşa şəhərində qondarma“Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkilolunması idi. Heç bir digər qondarma “Dağlıq Qarabağ lideri” bunuetməmişdir. O, bunu nəyə görə etdi? Azərbaycanlıların hisslərinitəhqir etmək üçün. Sonra onlar qondarma “Dağlıq Qarabağınparlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar. Nə üçün?Azərbaycanlılara qarşı daha bir təhqir. Onlar işğal olunmuşərazilərdə Livandan olan erməniləri açıq şəkildə məskunlaşdırır vəbunu televiziyada nümayiş etdirirlər. Bu, Cenevrə Konvensiyanınkobud şəkildə pozulmasıdır və burada məqsəd onların bizə qarşınifrətini nümayiş etdirmək idi. Onun etdiyi hər şey danışıqlarprosesini məhv etmək məqsədini daşıyırdı. Lakin indi onlardanışıqların aparılması üçün yalvardıqda, Paşinyan dünyaliderlərinə dəfələrlə zəng etdikdə və Azərbaycandan şikayətetdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər ki, səndanışıqlar prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sənazərbaycanlıların hisslərini təhqir etdin. Ona görə sən bunun üçünməsuliyyət daşımalısan. Erməni xalqı, - mən bir neçə gün bundanəvvəl Ermənistan xalqına müraciət etdim, - buna görə onuməsuliyyətə cəlb etməlidir. Bizim erməni xalqı ilə problemimizyoxdur. Onlar bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərləerməni yaşayır və Dağlıq Qarabağda yaşayanları da özvətəndaşlarımız hesab edirik. Biz onları Azərbaycanda bir çox digərmillətlərin və etnik azlıqların nümayəndələri kimi bizimlə birlikdəyaşamağa dəvət edirik. Buna görə Ermənistan bu təhrikedicibəyanatları səsləndirməkdən tamamilə çəkinməlidir, onlar “QarabağErmənistan deyil” kimi yeni bəyanatla çıxış etməlidir və sonrasınabiz baxarıq.

-Beləliklə, bu siyasi dalanda Rusiya vasitəçiliyiAzərbaycan üçün məqbuldurmu?

-Rusiya Amerika Birləşmiş Ştatları və Fransa ilə birlikdəvasitəçi olan ölkələrdən biridir. Bu prosesdə iştirak etdiyim 17 ilərzində hər üç ölkə prosesdə eyni dərəcədə iştirak edib. Prosesdəkifayət qədər yüksək səviyyədə koordinasiya var. Əlbəttə ki,Rusiyanın xüsusi mövqeyi var, çünki o, regionda Azərbaycana qonşuölkədir, onun Ermənistanla dövlət sərhədi yoxdur. Lakin bunabaxmayaraq, Rusiya Azərbaycan və Ermənistanla yaxşı münasibətlərivə tarixi münasibətləri olan bir ölkədir. Buna görə əlbəttə ki,vasitəçilik etmək üçün onların rolu və bacarığı obyektiv səbəblərəgörə regiondan uzaqda yerləşənlərlə və ola bilsin, son onillikdəburada nələrin baş verdiyini tam şəkildə bilməyənlərlə müqayisədəçox yüksəkdir.

Ona görə də düşünürük ki, üç ölkə birlikdə işləməyə davametməlidir, əgər onların hamısı neytrallığı qorusa. Bu, mühümdür.Son günlərdə əks-təsir göstərən, neytrallıq mövqeyində müəyyəndəyişikliyi nümayiş etdirən bəzi bəyanatlar görməyimiz bizi narahatedir. Hər bir ölkənin öz mövqeyi ola bilər, bu, normaldır. Lakinəgər siz belə həssas məsələdə vasitəçisinizsə, bu mövqedən çıxışetməlisiniz. Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə,onda siz Minsk qrupunun həmsədrliyindən çıxmalısınız, istədiyinizideyin, kimi istəyirsinizsə onu günahlandırın, baş verənlərlə bağlısübutu olmayan xəbərlər verin və sözsüz ki, heç kim etirazetməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısınız,vasitəçi olmalısınız. Əks halda, vasitəçilik bizim tərəfimizdənqəbul edilməyəcək.

-Beynəlxalq ictimaiyyət atəşkəs çağırışları edir. Lakinhəm Azərbaycan, həm də Ermənistan tərəfinin son bəyanatlarınınəzərə alaraq, Siz atəşkəslə bağlı beynəlxalq ictimaiyyətinçağırışlarına məhəl qoymamaq seçimini edirsiniz?

-Xeyr, biz buna göz yummuruq. Lakin atəşkəs birtərəfli qaydadaəldə oluna bilməz. Bu günlərdə mənə zəng vuran liderlərə bu mesajıçatdırmağa çalışıram ki, başlayan Azərbaycan tərəfi olmayıb. Bizözümüzü müdafiə etməli idik. Əgər biz bu dəfə etdiyimiz kimi cavabverməsəydik, bu gün mülki şəxslərimiz arasında yüzlərlə itkiolacaqdı. Hələ də itkilərimiz çoxdur. Bu səhər mən məlumat aldımki, mülki şəxslər arasında 19 itkimiz var, onlardan 2-si uşaqdır.Mülki insanlarımız arasında 54 yaralı var. Ermənilərin artilleriyahücumu nəticəsində 300-dən çox evə ziyan dəyib və ya tamamilədağılıb. Onlar bizim kəndlərə, insanlarımıza hücum edir,bacardıqları qədər çox azərbaycanlı öldürmək istəyirlər. Dünənonlar Ermənistan ərazisindən uzaq məsafəli raketlərdən istifadəetməyə başladılar. Bununla da onlar istifadə etdikləri bu silahlarıAzərbaycan üçün qanuni hədəfə çevirirlər və biz bu hədəfləri məhvetməliyik. Sonra isə onlar bizi günahlandıracaqlar ki, bizErmənistan ərazisinə hücum edirik. Onlar bunu istəyirlər. Onlarmünaqişəyə üçüncü tərəfləri cəlb etmək istəyirlər ki, bu tərəfləronları müdafiə etsinlər və onlar üçün daha 30 illik qanunsuz işğalıtəmin etsinlər. Atəşkəs – yaxşı, bəs, hansı şərtlərlə? Şərtlər beləolmalıdır ki, onlar ərazilərdən çıxmalıdırlar. Mən 2 gün bundanəvvəl dedim ki, qoy onlar çıxmağa başlasınlar, qoy çıxmaqla bağlıbizdə cədvəl olsun, qoy onlar üzərlərinə vasitəçilər tərəfindəntəsdiq olunmuş ciddi öhdəliklər götürsünlər, atəşkəs rejiminə əməletsinlər və əlbəttə ki, biz də eyni şeyi edəcəyik. Bu hərbitoqquşma bizim nəyimizə lazımdır? Bizə torpaqlarımızın sülh yoluilə geri qayıtması lazımdır. Biz sülh yolu ilə həllə istəkliolduğumuzu 28 il ərzində nümayiş etdirdik. Bu 28 il ərzindətoqquşmaların olduğu vaxtlar oldu və ən böyüyü indidir. Daha biri 4il bundan əvvəl olmuşdu. Beləliklə, bu, bizim mövqeyimizdir vəErmənistan tərəfdən siyasi və hərbi təxribatlar barədə dedikləriminəzərə alsaq, düşünürəm ki, bu, tamamilə ağlabatandır.

-Sonuncu münaqişəyə baxdıqda, Azərbaycan Ordusu cəbhədəmüəyyən irəliləyişə nail olub və xüsusilə Füzuli rayonu ətrafındabəzi kəndləri geri alıb. Bu, o deməkdir ki, Azərbaycan geriqaytardığı həmin ərazilərdən geri çəkilməyəhazırlaşmır?

–Xeyr, əlbəttə ki, xeyr! Çünki bu ərazilər bizə məxsusdur. Buərazilər qədim torpaqlarımızdır. Bu ərazilər bizim insanlarınəsrlər boyu yaşadığı ərazilərdir və onlar ermənilər tərəfindənişğal olunub və dağıdılıb. Füzulidə, Ağdamda və Azərbaycanın başqaşəhər və kəndlərində, işğal olunmuş ərazilərin cənub-şərqində başverənlərlə bağlı internetdə şəkillər var. Onların bir neçə qanunsuzyaşayış məntəqələrinin olduğu Laçın və Kəlbəcər rayonlarında dadağıntılar var, lakin bu ərazidə olduğu qədər ağır deyil. Bu, bizimtorpağımızdır. Biz onu geri almışıq, biz onu güc yolu ilə geriqaytarmışıq, biz onları itkilər verərək geri qaytarmışıq, biz heçvaxt bundan geri dönməyəcəyik. Biz orada yaşayacağıq. Bizim həminərazilərdən güclə çıxarılmış insanlarımız bu gün demək olar ki, 30ildir bir arzu ilə, bir amalla yaşayır – geri qayıtmaq. Mən sizə2016-cı ilin aprelində yenə də erməni təcavüzü nəticəsindəəks-hücuma keçməklə ərazilərimizin bir hissəsini azad etməyimizləbağlı əyani bir nümunə göstərə bilərəm. Kəndlərimizdən biriermənilər tərəfindən dağıdılmışdı və azərbaycanlılar geri qayıdabilmirdilər, çünki ermənilərin mövqeləri dağlarda idi. Bizqaçqınlar üçün yeni kənd tikdik və hətta heç vaxt o torpağıgörməyənlər, ondan sonra dünyaya gələnlər belə hamısı CocuqMərcanlıya qayıtdı. Mən demişdim ki, Cocuq Mərcanlı ləyaqətimizinrəmzidir, iradəmizin rəmzidir və Cocuq Mərcanlı bizim qayıdışımızınrəmzidir. Mən demişdim ki, qayıdışımız indi başlayır. Mən əminəmki, o ərazilərdən köçürülənlərin hamısı geri qayıdacaq. Geriqayıtmağa yol yoxdur, çünki hər şey dağılıb. Hər şey. Bir tikilibelə qalmayıb. Hər şey dağılıb. Sözsüz ki, biz kömək edibşəhərləri, kəndləri yenidən quracağıq, onların əvvəlki adlarınıqaytaracağıq. Çünki ermənilər bizə qarşı mədəni soyqırımıtörədiblər. Onlar işğal olunmuş ərazilərdə bütün məscidləridağıdıblar. Onlar məscidlərdə donuz və inək saxlamaqla bütünmüsəlmanları təhqir edirlər. Onlar şəhərlərimizin, kəndlərimizinadlarını dəyişdiriblər. Bütün adlar qaytarılacaq. Biz öztorpaqlarımıza geri qayıdacağıq. Bu, bizim qanuni hüququmuzdur. Bu,bizim üçün tarixi vəzifədir və əminəm ki, biz buna nailolacağıq.

-Qafqaz çox mürəkkəb regiondur, təkcə coğrafinöqteyi-nəzərdən deyil, həm də mədəniyyət, etnik mənsubiyyət vəsosial quruluş nöqteyi-nəzərdən. Siz xalqların öz müqəddəratınıtəyin etmək hüququna inanırsınızmı?

–Bilirsiniz, bu, erməni təbliğatının əsas etibarilə beynəlxalqhüquq üzrə mütəxəssis olmayan sadə insanlardan ibarət beynəlxalqictimai rəyi çaşdırmaq üçün tez-tez istifadə etdiyi məqamdır. Lakinbeynəlxalq hüququn Helsinki Yekun Aktında əks olunan əsasprinsiplərinin çox aydın izahı var ki, orada ərazi bütövlüyüprinsipi üstündür. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququnmühüm prinsiplərindən biridir. Lakin əgər biz geriyə baxıb BMTNizamnaməsinə, Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, özmüqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyanvurmamalıdır. Başqa bir mühüm məqam odur ki, ölkənin ərazibütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin razılığıolmadan dəyişdirilə bilməz. Ona görə də Dağlıq Qarabağ məsələsindəsözsüz ki, öz müqəddəratını təyinetmə ermənilərin etmək istədiklərişəkildə işləmir. Başqa bir arqument odur ki, erməni xalqı artıq özmüqəddəratını təyin edib. Onların müstəqil Ermənistan dövləti var.Bu gün ermənilər hər yerdə yaşayırlar. Onlar Fransada yaşayırlar,onlar Amerikada yaşayırlar, onlar Rusiyada yaşayırlar, onlar YaxınŞərqdə yaşayırlar. Qoy onlar öz müqəddəratlarını həmin ölkələrdəistəsinlər. Əgər ermənilər özlərinə məxsus olmayan torpaqlarıistəsəydilər və sadəcə olaraq, əksəriyyət olduqlarına görə həmintorpaqları istəsəydilər, həmin ölkələrin rəhbərliklərininreaksiyası necə olardı? Bu, onların uzun illər istifadə etdikləritaktikadır - gəlmək, dəstək istəmək, torpaq istəmək və sonraözlərinin qondarma qədim tarixləri barədə feyk xəbərlərhazırlamaqla və həmin torpaqları özləri üçün tələb etməklə ərazinintarixi kimliyini dəyişməyə başlamaq. Qoy Dağlıq Qarabağa özmüqəddəratını təyinetmə vermək istəyən ölkələr öz torpaqlarının birhissəsini Dağlıq Qarabağdan olan ermənilərə versinlər, onları qəbuletsinlər və orada onlara öz müqəddəratını təyinetmə hüququversinlər. Onda baxaram onların reaksiyası necə olacaq.

–Hazırda vəziyyət necədir? Ruslar, iranlılar, türklər,fransızlar, amerikalılar münaqişə ilə bağlı narahatlığını ifadəedirlər. Bu münaqişə nə vaxtsa regional ola bilərmi?

–Mən belə düşünmürəm. Zənnimcə, bunun üçün əsas yoxdur və biz bumünaqişənin regional münaqişəyə çevrilməsinin qəti olaraqəleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Ona görə dəonlar Azərbaycana bəzi xarici dəstəklə bağlı feyk xəbərlər icadedirlər. Lakin, eyni zamanda, onlar özləri xarici dəstəkistəyirlər. Ona görə də mən elə hiss edirəm ki, hazırda, döyüşmeydanında çox ciddi məğlubiyyətlə üzləşdikləri bir vaxtda, onlarınəsas hədəfi bu münaqişəni regional münaqişəyə çevirməkdir. Lakinmən əminəm ki, qeyd etdiyiniz ölkələr heç vaxt bunun olmasına imkanverməyəcəklər. Çünki regionumuzda təhlükəsizlik bütün regionölkələrinin maraqlarına xidmət edir və qeyd etdiyiniz ölkələrarasında Türkiyə, Rusiya, İran region ölkələridir. Digər ölkələrinbura ilə, regionla əlaqəsi yoxdur. Onlar region ölkələri deyil.Onların danışıqlara şərait yaratmaqla bağlı mandatı var, çünki bu,1992-ci ildə baş verib. Biz, şəxsən mən Minsk qrupunun belətərkibdə olmasına görə cavabdeh deyilik. Sözsüz ki, əgər biz sülhəşərait yarada biləcək hər hansı kontakt qrupunun tərkibi ilə bağlıbu gün qərar versəydik, əlbəttə, tərkib tamamilə fərqli olardı. Mənkonkretləşdirmək istəmirəm, lakin bəzi ölkələrin qərəzli davranışısəbəbindən həmin qrupda yeri olmazdı. Beləliklə, biz, xüsusiləregion ölkələrinin münaqişədən kənar durması, heç bir haldamünaqişəyə müdaxilə etməməsi üçün əlimizdən gələni etməliyik vəErmənistana xəbərdarlıq etməliyik – işğalı dayandır. İşğalıdayandır və onda siz xeyrini görəcəksiniz. Onda siz uzun illərərzində bu təcavüz səbəbindən Ermənistan rəhbərliyinin Ermənistanıməhrum etdiyi iqtisadi, investisiya, enerji və nəqliyyatsahələrində regional layihələrə inteqrasiya edəcəksiniz. Beləliklə,biz bu münaqişənin mümkün qədər tez bir zamanda dayanması, həllinmümkün qədər tez tapılması üçün əlimizdən gələni etməliyik. Biz“bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardımedəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunudəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur.Münaqişə indi həll olunmalıdır. Ermənistana kömək etmək istəyənləronların, belə demək mümkünsə, yaxın tərəfdaşları qoy onlara köməketmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayişetdirin, atəşi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyəmən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərkedəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və bizdayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhəistiqamətlənmiş mövqedir.

–Ankaranın bu münaqişəyə hərbi nöqteyi-nəzərdən öztəyyarələri və sair ilə cəlb olunmasına dair Ermənistanın iddialarıbarədə nə deyə bilərsiniz?

–Bu, yalan məlumatdır. Bunun sübutu yoxdur. Mən bununla bağlıartıq bəyanatlar vermişəm. Türkiyə bizim qardaş ölkəmizdir.Ermənistanın hücumunun ilk günündən, ilk saatından TürkiyəAzərbaycana tam dəstəyini ifadə etdi. Qardaşım, Prezident Ərdoğandəfələrlə çox mühüm bəyanatlar verib. Dünən parlamentin açılışsessiyasında çıxış edərkən o, daha bir mühüm bəyanat verdi ki,Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Biz budəstəyi hiss edirik. Biz türk qardaşlarımıza, Prezidentə və digərrəsmi şəxslərə çox minnətdarıq. Lakin Türkiyə heç bir şəkildəmünaqişəyə cəlb olunmayıb. Ermənistanın artıq mediada yer almayanfeyk xəbərlərindən biri odur ki, Türkiyəyə məxsus F-16 təyyarəsiErmənistanın Su-25 təyyarəsini vurub. Bu, feyk xəbərdir. Sübutharadadır? Sübut yoxdur. Yerə enən və havaya qalxan hər bir təyyarəkompüterdədir. Hər kəs nə baş verdiyini görə bilər. Məntəəccüblənirəm niyə Minsk qrupunun həmsədr ölkələri – Fransa, ABŞ,Rusiya buna münasibət bildirmir. Onlar bu feyk xəbərə münasibətbildirmir. Onların bəziləri Azərbaycan və Türkiyənin burayaterrorçular dəvət etməsi kimi başqa feyk xəbərlərə münasibətbildirir.

–Mən məhz bu barədə soruşmaq istəyirdim, cənabPrezident. Ermənistan, həmçinin Türkiyəni suriyalı müxalifdöyüşçüləri Azərbaycana gətirməkdə ittiham edir.

–Bu, tamamilə feyk xəbərdir. Eynilə Türkiyəyə məxsus F-16-nınonların Su-25-ni vurması kimi feyk xəbərdir. Onların Su-25təyyarəsi qəzaya uğrayıb. Mənə məlumat verilmişdi ki, o, pilotuntəcrübəsizliyi ucbatından dağa çırpılıb.

–Amma onlar bunu sübut etmək üçün dəlillərinin olduğunudeyirlər.

–Qoy göstərsinlər. Haradadır dəlil? Təkcə Ermənistan deyil,əfsuslar olsun, mən dünən eşitdim ki, Fransa Prezidenti də bəyanatverib. O, ayın 27-də axşam mənə zəng vurmuşdu, mən ona bunun səhv,yanlış olduğunu dedim. O, bu bəyanatı heç bir dəlil olmadan verib.Qoy o, bizə dəlil versin, sübut versin. Yalnız sözlərdir. Biz dəçox söz deyə bilərik, amma demirik, məsuliyyətli davranırıq.Azərbaycanda hər hansı xarici ölkənin iştirakına dair heç bir dəlilbelə yoxdur. Biz nə ediriksə özümüz edirik. Bizim qabil ordumuzvar. Ordumuzda kifayət qədər insan var, ehtiyatımızda kifayət qədərinsan var. Mən qismən səfərbərlik elan etmişəm. Bu, bizə ehtiyacolacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkanverəcək. Beləliklə, bizim buna ehtiyacımız yoxdur. Ermənistanınbuna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2milyon nəfərdir. Ona görə də onlar özləri Yaxın Şərqdən insanlarıcəlb edirlər və bizim sübutumuz var, təkcə erməni əsilliləri deyil.Yeri gəlmişkən, Yaxın Şərqdən gələnlərin erməni əsilli olması və yaqeyri-erməni əsilli olmasının heç bir fərqi yoxdur. Əgər kimsəxaricdən muzdlu kimi döyüşməyə gəlirsə bununla beynəlxalq səviyyədəməşğul olunmalıdır. Bu ittihamlar tamamilə əsassızdır. Biz onlarırədd edirik və dəlillərin ortaya qoyulmasını tələb edirik.

– Siz də Ermənistanın gətirdiyi əcnəbi muzdlularla bağlıdəlilləri ortaya qoyacaqsınızmı?

-Bizdə artıq bəzi kəşfiyyat məlumatları var və bundan əlavədünən mənə göstərdilər ki, internetdə videolar var, Yaxın Şərqdənolan insanlar erməni əsgərləri ilə birlikdə oturub, onlarınformasını geyiniblər, onlarda Ermənistan milli bayrağı var, onlarbirlikdə oturub müzakirə aparırlar. Səsi yoxdur, lakin düşünürəmki, bu, yetərlidir. Onlar buna görə məsuliyyət daşımalıdırlar.

-Diplomatiya nə vaxtsa işləyə bilərmi? Yoxsa, sizin üçünyeganə həll müharibədir?

–Mən artıq demişəm ki, Ermənistan beynəlxalq hüquqa əməl etsə,ərazilərin bir hissəsindən vaxt cədvəlinə müvafiq olaraq dərhalçıxmağa başlasa, - əlbəttə ki, biz Azərbaycanın ərazi bütövlüyünübərpa etməliyik, - diplomatiya işləyə bilər. Yeri gəlmişkən,Ermənistanda bu hökumət hakimiyyətə gəlməmişdən əvvəl bizdanışıqlar masasındakı məsələləri müzakirə edəndə ilk bənd o idiki, münaqişə Azərbaycanın ərazi bütövlüyü əsasında həllolunmalıdır. Bu, bərpa olunmalıdır. Bizim tələbimiz budur vədüşünürəm ki, bunu tələb etməyə haqqımız var.

-Azərbaycan Prezidenti İlham Əliyev, “Əl-Cəzirə”yəmüsahibə verdiyiniz üçün çox sağ olun.

Zəfər
Zəfər
Zəfər
Məqalədə:
Chosen
251
50
az.trend.az

10Sources