Sloveniyanın xarici işlər naziri Tanja Fajon, Avropa Birliyi ölkələrinin Livan və Qəzzada mülki itkilərin artması və regional müharibədən narahat olduqlarını ifadə edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fajon İsrail hökumətindən Qəzza və Livandakı qeyri-mütənasib hücumlarını dayandırmasını istəyib.
Aİ ölkələrinin mülki itkilərin artması və böyük regional müharibə ilə bağlı narahatlığını dilə gətirən Fajon, İsraili hücumlarına son qoymağa çağırıb: \"Netanyahu, bu müharibəyə son qoy!\".
\"İndi İsrailin quru hücumu ilə əlaqədar olaraq, biz bütün tərəfləri təmkinlə hərəkət etməyə, bundan çəkinməyə, mülki insanları qorumağa və müharibəni daha da qızışdırmamağa çağırırıq\" - deyə Fajon qeyd edib.
Gülay