EN

Qarabağda yaşıl enerji zonalarının yaradılması xalis sıfıra keçid üçün əsas olacaq - Energetika naziri

Bakı. Trend:

Qarabağda yaşıl enerji zonalarının yaradılması xalis sıfırakeçid üçün əsas olacaq.

Trend xəbər verir ki, bubarədə Energetika naziri Pərviz Şahbazov Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29)çərçivəsində keçirilən panel iclası zamanı çıxışında deyib.

O qeyd edib ki, 2030-cu ilə qədər 7 giqavat yaşıl enerjireallaşdırmaq planlarımız var ki, bunun da 70%-i ixracolunacaq.

“Bu yaşıl enerji dəhlizləri Mərkəzi Asiyadan Avropaya daha genişcoğrafiyada yaşıl enerji keçidinə mühüm töhfə verəcək.

Azərbaycanın regionda COP29-a ilk ev sahibliyi edən ölkə kimi,Paris Sazişinin yeni razılaşması və 6-cı maddəsinin həyatakeçirilməsi də daxil olmaqla, COP29-da balanslaşdırılmış nəticəəldə etmək üçün iddialı gündəm var. COP29 Prezidentliyi, maliyyəaxınının əhəmiyyətli dərəcədə artırılmasına diqqət yetirərkən, eynizamanda maneələrin sürətlə aradan qalxmasına yol açacaq.

Azərbaycan dünyada enerji keçidinin sürətləndirilməsi prosesinərəhbərlik etməklə yanaşı, həm də genişmiqyaslı işlər həyatakeçirir”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda Pre-COP29 tədbirinin ikinci günükeçirilir.

Tədbirin ikinci günü çərçivəsində plenar sessiyalar və paraleltədbirlər keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkəiştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər ilkeçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutduvə onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Chosen
168
az.trend.az

1Sources