EN

"Səyyar Sağlam həyat" layihəsi Naftalanda

Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sağlam həyat” avtomobilində gətirilən müxtəlif idman növlərinə aid avadanlıqlar və vasitələr şəhərin Heydər Əliyev Meydanında qurulub.

"Səyyar Sağlam həyat" layihəsi çərçivəsində keçirilən tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb. İdman həvəskarları, xüsusən də yeniyetmə və gənclər, eləcə də uşaqlar layihəyə qoşularaq əyləncəli vaxt keçiriblər. Layihəyə şəhər sakinləri ilə yanaşı turistlərdə qoşulublar. Onlar, müxtəlif idman növlərində-voleybol, basketbol, stolüstü tennis, şahmat, badminton, velosiped, boks avadanlıqlarında öz qüvvələrini sınayıblar.

Göstərdikləri nəticələrə görə ilkin olaraq 198 nəfər idmansevərə sertifikatlar təqdim olunub.

Layihənin əsas məqsədi sağlam həyat tərzini təbliğ etməkdir.

1Sources