İsrailin İrana zərbəsi İranın ballistik raket proqramının mühüm komponentini sıradan çıxarıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Məlumata görə, istehsal avadanlıqlarının məhv edilməsi İranın raket arsenalını artırmaq qabiliyyətinə ciddi ziyan vurub və onu İsrailə qarşı növbəti kütləvi raket hücumlarından imtina etməyə məcbur edə bilər.
ABŞ administrasiyasındakı mənbə hücumun İranın raket istehsalı imkanlarını sarsıtdığını təsdiqləyib.
Nəşr qeyd edir ki, zərbə nəticəsində Tehranı və İrandakı nüvə-enerji obyektlərini qoruyan S-300 zenit-raket komplekslərinin dörd batareyası da zədələnib. Bundan əlavə, İran ərazisinə zərbələr Suriya və İraqın hava məkanından, bəziləri isə İraqın İranla sərhədi yaxınlığından endirilib.
Milli.Az