Türkiyədə 5 bal gücündə zəlzələ baş verib.Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) bildirilib.Saat 20.07-də episentri Adananın Kozan rayonunda olan zəlzələnin 20,13 kilometr dərinlikdə baş verdiyi müəyyən olunub.Tələfat və dağıntılar barədə məlumat verilməyib.Qeyd edək ki, bu gün Türkiyədə Ayvacık vilayətində 4.3 bal gücündə zəlzələ olmuşdu.