EN

“Azəriqaz” “AAAF Holdinq”in şirkətinə qarşı iddia qaldırıb

“Azəriqaz” İstehsalat Birliyi ölkədə tikinti layihələri gerçəkləşdirən və satışını həyata keçirən “AAAF İnşaat” MMC-ni məhkəməyə verib.

İqtisadiyyat.az xəbər verir ki, “Azəriqaz” şirkət barəsində məhkəmədə iddia qaldırıb.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə (istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə) bağlıdır.

İş hazırda apellyasiya mərhələsindədir. “Azəriqaz”ın Sumqayıt Apellyasiya Məhkəməsində hakim Zahid Məmmədovun sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, “AAAF İnşaat” MMC Azərbaycanda nəhəng şirkətlərdən olan “AAAF Holdinq”in törəmə şirkətidir. Həmçinin “AAAF Park” yaşayış kompleksi də bu şirkət tərəfindən inşaa edilib.

Chosen
34
6
iqtisadiyyat.az

9Sources