Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının pley-off mərhələsində cavab oyununu keçirəcək.
QOL.az xəbər verir ki, millimiz Portuqaliya yığması ilə üz-üzə gələcək. Vizelada baş tutacaq qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda Portuqaliya yığması 4:1 hesablı qələbə qazanıb. Portuqaliya - Azərbaycan cütünün qalibi isə cütün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya cütünün güclüsü ilə üz-üzə gələcək.
29 oktyabr
23:45. Portuqaliya - Azərbaycan
Hakimlər: Shona Shukrula, Martina Boer, Ashley de Haan, Julia Van Es (Niderland)
VAR hakimləri: Jochem Kamphuis, Edwin Van De Graaf
Hakim-inspektor:Â Marta FrÃas Acedo (Ä°spaniya)
UEFA nümayəndəsi: Sabine Bonnin (Fransa)