EN

İspaniya “əsrin ən ağır təbii fəlakəti” ilə üz- üzə- FOTOlar

İspaniya  "əsrin ən ağır təbii fəlakəti" ilə üz-üzədir.

İspaniyanın şərq və cənub bölgələrində güclü yağış və fırtınalar nəticəsində ən azı 95 nəfərin həyatını itirdiyi bildirilir. Fəlakət ən çox Valensiya bölgəsində güclü olub, burada güclü sel və daşqınlar bölgənin infrastrukturunu tamamilə məhv edib. İspaniya hökuməti 3 günlük ümummilli matəm elan edib, itkin düşənlərin axtarışı üçün genişmiqyaslı əməliyyatlar başladılıb.

Son iki gün ərzində davam edən yağış və fırtınaların təsiri nəticəsində Valensiyada 92, Kastilya-La Mançada isə 3 nəfər həlak olub. Ərazidə yüzlərlə ev, tarım sahələri, yollar və körpülər ciddi zərər görüb, 5 mindən çox avtomobil selin təsiri altında qalıb.

İspaniya Meteorologiya Agentliyinin məlumatına görə, bu bölgələr "əsrin ən ağır təbii fəlakəti" ilə üz-üzədir. Hökumətin Kriz Mərkəzinin rəhbəri Angel Viktor Torres isə bildirib ki, əhali evdə qalmalı və çökən yolları istifadə etməməlidir.

İspaniya parlamenti və Senatında iclaslar təxirə salınıb, Valensiya hava limanındakı uçuşlar isə digər aeroportlara yönləndirilib.

İspaniya hökuməti böhranın nəticələrinin aradan qaldırılması üçün xüsusi tədbirlər görməyi planlaşdırır, vətəndaşlar fəlakət qurbanlarının ailələrinə dəstək göstərirlər.

Nərmin Mahmudova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
135
16
milli.az

10Sources