EN

AMB-dən inflyasiya ilə bağlı açıqlama

Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş oktyabr proqnozlarına görə, ölkədə illik inflyasiya 2024-cü ilin sonuna 5,1%, 2025-ci ilin sonuna isə 5,8% olacaq.

Axar.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, mövcud siyasətlə baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır.

Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib.

Chosen
45
21
axar.az

10Sources