EN

Əhəd Əsgərovun rəhbərlik etdiyi “Optimal Elektronika”nın fəaliyyətində nöqsanlar aşkarlandı, cərimələndi

Azərbaycanın ən böyük ticarət şəbəkələrindən biri olan “Optimal Elektronika” icra məmurunun tələblərini yerinə yetirmədiyinə görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, sözügedən inzibati xətaya görə fiziki şəxslər 1000 manatdan min 500 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 2 ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, Azərbaycanda elektronika və məişət avadanlıqlarının satışını həyata keçirən mağazalar şəbəkəsinə malik "Optimal Elektronika" MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 11 485 360 manatdır.

Chosen
139
1
iqtisadiyyat.az

10Sources