EN

Rusiya Şimali Koreyadan 11 min hərbçi gətirib - Zelenski

Prezident Vladimir Zelenski Ukrayna kəşfiyyatının məlumatlarına istinadən iddia edir ki, Rusiyanın Kursk vilayətinə Şimali Koreyadan olan 11 min hərbçi gətirlib. Onlar Rusiya tərəfdən döyüşə giriblər.

Modern.az xəbər verir ki, “İnterfaks-Ukrayna” Zelenskidən sitat gətirib:

“Bu gün Rusiya ərazisində Şimali Koreya ordusu ilə bağlı Baş Kəşfiyyat İdarəsi və Xarici Kəşfiyyat Xidmətindən ayrıca hesabat var. Kursk bölgəsinə artıq 11 min Şimali koreyalı gətirilib. Biz Şimali koreyalıların sayının artdığını görürük, amma tərəfdaşlarımızın reaksiyasında artım görmürük”.

Rusiya KXDR hərbçilərinin Rusiyaya göndərilməsini inkar etmir və onları Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüş əməliyyatlarına cəlb etmək planlarına dair xəbərləri şərh etmir.
Qərb ölkələri Şimali Koreya hərbçilərinin iştirakını münaqişənin ciddi şəkildə eskalasiyası hesab edirlər.

Chosen
15
24
modern.az

10Sources