EN

Sudanda vətəndaş muharibəsinin ağır nəticələri

 

Sudanda 2023-cü ilin aprel ayında başlayan vətəndaş müharibəsindən bəri ölkədən ayrılanların sayı 3 milyona çatıb. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissiya sədri Filippo Qrandi Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (ÇDQ) arasında davam edən vətəndaş müharibəsinin yaratdığı məcburi köçkünlərlə bağlı “X” sosial şəbəkəsində paylaşım edib. " 2023-cü il aprel ayında vətəndaş müharibəsinin başlamasından bəri Sudandan ayrılan insanların sayı artıq 3 milyondur. Ölkə daxilində isə yerindən edilmiş daha çox insan var" deyə Qrandi bildirib. O, Sudanda "üstünlük" uğrunda mübarizə aparan tərəflərin xalqın ölkəsindən ayrılmasına və məcburi köçkün olmasına səbəb olduğunu qeyd edib.



Chosen
101
19
trt.net.tr

10Sources