EN

11 mindən artıq Amerika vətəndaşı İsrailə reportasiya olunmaq üçün sorğu verib

"Birləşmiş Ştatlarda antisemitizm vüsət alır, əhalinin 3 faizini təşkil edən yəhudilər dini zəmində baş verən bütün cinayətlərin 68 faizinin obyekti olub..."
 
ABŞ-ın 11 mindən artıq vətəndaşı İsrailə repatriasiya olunmaq üçün sorğu verib. Onlar yəhudi xalqının böhranlı məqamında ona dəstək vermək istəyir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri "Nefeş be-Nefeş" ("Könüldən könülə") qeyri-kommersiya təşkilatının məlumatlarına istinadən yazıb.
 
Nəşr qeyd edir ki, Fələstinin radikal HƏMAS qruplaşmasının ötən ilin oktyabrın 7-də İsrailə hücumundan sonra müvafiq müraciətlərin sayı iki dəfə, repatriasiya olunanların sayı isə 20 faiz artıb.
 
"Nefeş be-Nefeş" təşkilatının mətbuat katibi Yael Katsman iddia edir ki, yəhudi xalqı öz millətininə təhlükə olduqda ona qovuşmağa can atır. 
 
Onun sözlərinə görə, 7 oktyabr hücumundan sonra belə sorğuların sayı 100 faiz artıb. Hətta çətinliklər, qorxu və təyyarə reysləri ilə bağlı problemlərə rəğmən, ölkəyə köçənlərin sayı artmaqda davam edir, Katsman vurğulayıb.
 
O, qeyd edib ki, İsrailə köçmək üçün əsas kimi tez-tez "sionizm və İsrail ilə əlaqə" xatırlanır. Lakin 5-6 faiz sorğularda uzun illər ərzində dəyişməyən başlıca amil antisemitizm olaraq qalmaqdadır. 
 
Katsmanın sözlərinə görə, yeni gələnlər Amerika yəhudilərinin bütün spektrini təmsil edir, bunlar tənha insanlar, ailələr və təqaüdçülər, kübar və ortodoksal insanlardır.
 
Repatriantlar İsrailə böhranlı məqamlarda dəstək zərurəti hissini və xalqın nümayiş etdirdiyi dəyanət və birlikdən ruhlandığını qeyd edir. 
 
Bəziləri deyir ki, seçim ona görə asan olub ki, Birləşmiş Ştatlarda getdikcə daha da aydın olan antisemitizm hökm sürür.
 
Ötən ildə yəhudilərə qarşı nifrət zəminində baş verən cinayətlər 1991-ci ildə Federal Təhqiqatlar Bürosu tərəfindən onların uçotu aparılmağa başlanandan ən yüksək göstəricilərə çatıb.
 
ABŞ əhalisinin 3 faizindən az hissəsi özünü yəhudi hesab edir, lakin yəhudilər dini zəmində baş verən bütün cinayətlərin 68 faizinin obyekti olub.
Chosen
312
50
moderator.az

10Sources