EN

Sobyanin Moskvaya doğru uçan 25 PUA-nın məhv edildiyini açıqlayıb

Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya doğru uçan 25 pilotsuz təyyarənin hücumunu dayandırıb.

Bu barədə Moskva meri Sergey Sobyanin Teleqram kanalında bildirib.

“Müdafiə Nazirliyinin Ramenski şəhər rayonundakı Hava Hücumundan Müdafiə Qüvvələri Moskva istiqamətində uçan iki pilotsuz təyyarənin hücumunu dəf edib. İlkin məlumatlara görə, dağıntı və tələfat olmayıb. Ramenski şəhər rayonunda Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya doğru uçan daha iki pilotsuz uçan aparatı vurub”, - o yazıb.

Qeyd edək ki, əvvəlcə paytaxt meri Ramenskoye, Domodedovo və Kolomna üzərində daha səkkiz pilotsuz təyyarənin məhv edildiyini, Ramenskoye və Domodedovo şəhər rayonlarında daha beş PUA-nın məhv edildiyini bildirmişdi.

Chosen
114
9
buta.media

10Sources