İsrail Suriyanın paytaxtı Dəməşq yaxınlığına hava zərbəsi endirib. Nəticədə içərisində qadınlar və uşaqların da olduğu 7 mülki şəxs həlak olub, 20 nəfər yaralanıb. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.Məlumatda qeyd edilir ki, İsrail qüvvələri işğal altındakı Qolan təpələrindən Dəməşqin kənd ərazisindəki Səidə Zeynəb bölgəsindəki yaşayış binasına hava zərbəsi endirib.Hücum həmçinin şəxsi mülkiyyətə də ciddi ziyan vurub.Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, hücum Livan vətəndaşları və Hizbullah döyüşçülərinin yaşadığı yaşayış binasındakı mənzili hədəf alıb.Suriya paytaxtının cənubunda yerləşən Səidə Zeynəbdə məşhur şiə ziyarətgahı yerləşir. Ərazi keçmişdə də İsrailin hücumlarının hədəfi olub.