EN

Niderlandda İsrail əleyhinə aksiyalar iğtişaşlara çevrildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Noyabrın 11-də axşam Amsterdamda onlarla insan küçələrdə iğtişaşlar törədib, polisləri və avtobusları daşa basıb, həmçinin bir tramvay yandırılıb.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə yerli polis idarəsindən xəbər verilib.
Bununla bağlı yayımlanan görüntülərdə iğtişaş iştirakçılarının antisemit şüarlar səsləndirdiyi, bəzilərinin üzlərinin maskalı olduğu görünür. Kadrlarda iğtişaş iştirakçılarının polis əməkdaşlarının kömək etdiyi velosipedçiyə hücum anı da əks olunub.
İğtişaşlar zamanı bir nəfər xəsarət alıb, ona tibbi yardım göstərilib. Polis üç nəfəri həbs edib.
Qarşıdurmalarla bağlı araşdırmalar başlanılıb, yeni həbslərin istisna edilmədiyi vurğulanır.
Xatırladaq ki, noyabrın 8-də Amsterdamda yerli "Ayaks" və Təl-Əvivin "Makkabi" klubları arasında futbol matçından sonra iğtişaşlar baş verib. Fələstin tərəfdarları hesab edilən şəxslərin hücumu nəticəsində ən azı 10 israilli azarkeş xəsarət alıb. Şəhər hakimiyyəti 8-10 noyabr tarixlərində Amsterdamın bütün ərazisində patrul xidmətinin gücləndirilməsini və nümayişlərin keçirilməsinin qadağan edilməsini nəzərdə tutan fövqəladə qərar qəbul edib, onun qüvvədə olma müddəti noyabrın 14-dək uzadılıb.
Chosen
115
50
oxu.az

10Sources