EN

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzi "Türk dövlətləri milli ağaclandırma günü“ ağacəkmə aksiyalarını davam etdirir - FOTO » AzadMedia.az


Ölkəmizdə də ənənə halını almış "Türk dövlətləri milli ağaclandırma günü“ ağacəkmə aksiyaları bütün ölkə ərazisini əhatə etməkdədir.

Azadmedia.az xəbər verir ki, "Türk dövlətləri milli ağaclandırma günü“ ağacəkmə aksiyası bu dəfə də Qəbələ regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Əkrəm Babayevin və kollektivinin də iştirakı ilə reallaşdırılıb.
Həmçinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları Şahdağ Milli Parkının Oğuz və Qəbələ bölməsinin, 6 saylı Nəqliyyat idarəsinin, habelə meşələrin inkişafı xidmətinin əməkdaşları iştirak ediblər.

Belə ki, hər il noyabrın 11-də ənənəvi olaraq keçirilən qardaş Türkiyənin başlatdığı ağacəkmə aksiyası Qəbələ regional Meşə Təsərrüfatı Mərkəzinin
rəhbərliyində gün ərzində, ümumilikdə 4 hektar ərazidə, 6min 666 ədəd qoz tingi əkiıməsi ilə başa çatdırılıb.

Nəzərinizə çatdıraq ki, ağacəkmə aksiyalarının keçirilməsi və yeni yaşıllıq sahələrinin salınması dünya dövlətlərinin, o cümlədən Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün götürdüyü öhdəliklərə, qoşulduğu təşəbbüslərə dəstək verməkdir.

Qeyd edək ki, "Türk dövlətləri milli ağaclandırma günü“ Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdə də  kütləvi ağacəkmə aksiyaları ilə qeyd olunur.
Chosen
69
1
azadmedia.az

2Sources