EN

Keniya rəsmisi: İqlim dəyişikliyi ilə mübarizə tərəflər arasında maliyyələşmə ilə bağlı razılıq əldə edildikdə mümkün olacaq

"Azərbaycan tərəfi bizim burada müzakirə olunan məsələlərdə həmrəy olmağımızı təklif edir. Bu gün Keniyada analoqu olmayan istilər müşahidə edilir. Son dövrlərdə ölkəmizdə meydana gələn sel fəlakəti nəticəsində 250 nəfərdən çox insan həlak olub".

APA-nın xəbərinə görə, bu sözləri Keniyanın Nazirlər Kabinetinin birinci katibi Muzalio Mudavadi "COP29 çərçivəsində İqlim dəyişmələrinin su hövzələrinin azalmasına mənfi təsirləri" mövzusunda Dünya liderlərinin təqdimatı tədbirində deyib.

O söyləyib ki, Paris İqlim Razılaşmasının 6-cı maddəsinin icrası həm ikitərəfli, həm də çoxtərəfli müqavilələr əsasında təmin edilməlidir:

"İqlim fəlakəti təbiətə və infrastruktura ciddi ziyan vurub. Buna görə də bizim həmrəyliyə ciddi ehtiyacımız var. İqlim dəyişikliyi ilə mübarizə yalnız tərəflər arasında maliyyələşmə ilə bağlı razılıq əldə edildikdə mümkün olacaq. Qlobal adaptasiya məqsədlərinin reallaşması, eləcə də bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması da önəmlidir. 6-cı maddənin icrası həm ikitərəfli, həm də çoxtərəfli müqavilələr əsasında təmin edilməlidir. Biz daha əvvəl maliyyə mexanizmlərinin icrasından danışdıq. Ölkəmizin bu sahədəki mövqeyi dəyişməzdir. Qlobal transformasiya ildə 4-6 milyard dollar tələb edir. Əlbəttə ki, bu sahədə ən böyük məsuliyyət iri maliyyə institutlarının üzərinə düşür. Biz hesab edirik ki, erkən xəbərdarlıq sisteminin tətbiqi potensialımızı artıracaq və zərərli tullantıların səviyyəsini azaldacaq".

Konqonun baş naziri Judit Suminva Tuluku isə Ruandanın elan etdiyi müharibə nəticəsində şərq regionlarımızda biomüxtəliflik məhv edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb:

"Konqonun sıx meşə sahələri, geniş su və təbii ehtiyatları var. Bu da bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməyə sərf olunacaq. Lakin ümumi məqsədlərin reallaşması üçün hər bir tərəfin iştirakı çox vacibdir. Ölkəmizdə milli adaptasiya planı hazırlanıb. Ruandanın elan etdiyi müharibə nəticəsində şərq regionlarımızda biomüxtəliflik məhv edilir. Biz beynəlxaq səviyyədə iqlim təşəbbüslərinin reallaşması üçün tədbirləri davam etdirir. Bilavasitə Paris İqlim Razılaşmasının 6-cı maddəsinin icrasını təmin etmək, eləcə də dayanıqlı inkişaf məqsədlərinin reallaşmasına dəstək məqsədilə xüsusi struktur yaradılıb".

Chosen
39
apa.az

1Sources