EN

Almaniyaya uçan təyyarədə sərnişinlər xəsarət alıb

 

Almaniyanın aviasiya şirkəti “Lufthansa”nın Buenos-Ayresdən Frankfurt istiqamətində uçan təyyarəsi güclü turbulentlik vəziyyətinə düşdüyü üçün 11 nəfər xəsarət alıb.

Mətbuatda yayılan məlumatlara görə, 39 sərnişini olan “DLH511” reys nömrəli “Boeing 747-8” təyyarəsi Atlantik okeanı üzərində turbulentlik vəziyyətinə məruz qalıb. Hadisə nəticəsində 6-sı heyət üzvü, 5-i sərnişin olmaqla 11 nəfər yüngül yaralanıb.

Təyyarə endikdən sonra yaralılar müalicə altına alınıb.

“Lufthansa” rəsmiləri etdikləri açıqlamada gözlənilməz hadisəyə baxmayaraq uçuş təhlükəsizliyində hər hansı bir problemin yaranmadığını bildiriblər.



Chosen
50
trt.net.tr

1Sources