EN

İsmahane Elouafi: 350 milyon insan ekstrimal aclıq yaşamaqdadır

“Ərzaq təhlükəsizli və qidasızlıq barədə danışanda qeyd etmək yerinə düşər ki, bunlar getdikcə artmaqdadır. Biz bunları ciddi problem olaraq nəzərə alırıq. Statistika göstərir ki, 2017-ci ildən etibarən az qidalanan insanların sayı artmaqdadır. Hesablamalara görə, 800 milyon insan hazırda az qidalanırlar. Bunların içərisində 350 milyon insan isə ekstrimal aclıq yaşamaqdadır. Onlar hətta qidasızlıqdan ölə bilirlər.”

Bunu bu gün Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə “İqlim ədaləti və bərabərlik” mövzusunda panel sessiyasında CGIAR-ın icraçı direktoru İsmahane Elouafi deyib.

İcraçı direkor bildirib ki, iqlim dəyişikliklərinin elə təsirləri var ki, hətta bu özünü kənd təsərrüfatına da təsir göstərməkdədir: “İqlim dəyişikliyi birbaşa olaraq bütün aclıqdan əziyyət çəkən insanların ölümünə səbəb olur. Əgər bu istiqamətdə hər hansı tədbirlər görülməsə, gələcəkdə xərclərin də artmasına səbəb olacaq. Bunun nəticəsində insanların həssaslıqları da artacaq. Aclıqdan ölən insanların sayı daha da artacaq. Onların həyat təminatlarına ciddi təsir göstərəcək. Nə etməliyik? Nə edə bilərik? Deyə bilərəm ki, bunun üçün “Tesla” maşınını sadəcə dekorbonizasiya etməklə olmaz, amma kənd təsərrüfatı bunu həll edə bilər. Çirklənmənin qarşısını almaq üçün, karbonlu havadan qurtulmaq üçün, havanı təmizləmək üçün bitkilər həll yoludur. Onlar enerji verirlər, eyni zamanda bitkilər dünyanın havasının təmizlənməsində müstəsna xidmət göstərirlər.”

Məlumat üçün bildirək ki, İsmahane Elouafi əvvəllər Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş elmi işçisi olub, o, İslam dünyasında elmdə ən nüfuzlu 20 qadın arasında yer alır və baxımsız və lazımi səviyyədə istifadə olunmayan məhsulların təbliği, qeyri-qanuni məhsullardan istifadə sahəsindəki fəaliyyəti ilə beynəlxalq aləmdə tanınır.

Orxan Vahidoğlu, “İki sahil”

Chosen
56
1
ikisahil.az

2Sources