EN

Pakistanın Baş naziri Prezidenti təbrik etdi

COP29-un plenar iclasında çıxış edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda iqlim sammitinin uğurla keçirilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib, onu “əziz qardaş” adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, hökumət başçısı çıxışında dünyanı yaxınlaşan iqlim dəyişikliyi təhlükəsinə diqqəti artırmağa və risklərin tam miqyasını dərk etməyə çağırıb.

O deyib: “Biz bu COP-da üzərimizə götürdüyümüz maliyyə öhdəliklərini yerinə yetirməliyik”.

Pakistan hökumətinin başçısı əlavə edib ki, COP29 mütləq tarixə düşəcək.

Chosen
53
3
qafqazinfo.az

4Sources