EN

Əhalinin NƏZƏRİNƏ: Bu şəxslərə 210 manat veriləcək

Azərbaycandan xarici ölkələrə ixrac olunan kənd təsərrüfatı məhsulları arasında pambıq mahlıcı xüsusi çəkiyə malikdir. Bu ilin yanvar-oktyabr aylarında ölkəmizdən xarici bazarlara 106,450 ton pambıq mahlıcı ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Sfera.az-a bildirilib ki, ixrac olunan pambıq mahlıcının dəyərində isə ötən illə müqayisədə 1,6 dəfə artım var. Yanvar-oktyabr aylarında ixrac olunan pambıq mahlıcının ümumi dəyəri 160,417 milyon dollar təşkil edib.

 

Hazırda respublikada pambıq yığımı davam edir.

 

Noyabrın 11-nə olan operativ məlumata görə, sahələrdən kondisiya çəkidə 168 86 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Hazırda respublika üzrə pambığın orta məhsuldarlığı 16,35 sent/ha təşkil edir.

 

Bu il respublikanın 15 rayonunda pambıq əkini aparılıb. Ən çox pambıq əkini Ağcabədi rayonunda (13112 hektar) qeydə alınıb. Orta məhsuldarlığa görə birinci yerdə isə Neftçala rayonudur (25,33 sentner).

 

Azərbaycanda pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, növbəti təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə becərilən pambığın hər tonuna görə fermerlərə 210 manat məhsul subsidiyası veriləcək. Müasir suvarma sistemləri qurulmamış sahələrdə becərilən pambıq üçün məhsul subsidiyası 190 manat/ton təşkil edəcək. Pambıq üzrə məhsul subsidiyası yalnız Ağcabədi, Ağdam, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax, Zərdab və Naftalan ərazisində becərilən pambığa görə verilir.

Chosen
48
18
turanpress.com

10Sources