EN

Silahlar Ermənistana açıq daşınır: məxfilik yoxdur - Manukyan

Hər dəfə Müdafiə Nazirliyinin məsul şəxsləri ilə mübahisə edirəm, çünki hərbi sektor, xüsusən də silah satışı məxfilik tələb edir.

Axar.az xəbər verir ki, bu sözləri noyabrın 13-də Ermənistan parlamentində çıxış edən “Ermənistan” fraksiyasının deputatı Geqam Manukyan deyib.

O bildirib ki, Ermənistan Silahlı Qüvvələri Hindistanın reklam lövhəsinə çevrilib:

“Hər gün media yazır ki, bu raket Ermənistana göndərilib. Yaxşı, müqavilə bağlayarkən yazmaq mümkün deyil ki, bütün dünyada olduğu kimi, bu barədə dərc etmək qadağandır? Hindistan mətbuatı yazır, erməni mətbuatı isə onu yenidən tirajlayır”.

Qeyd edək ki, ötən gün Hindistanın “Akaş” (Akash) zenit raket kompleksinin ilk batareyasını Ermənistana göndərdiyi haqda məlumat yayılmışdı.

Chosen
39
2
axar.az

3Sources