Azərbaycanda səfərdə olan Braziliya millisinin əfsanəvi futbolçusu Ronaldinyo Qauço yeniyetmə və gənc futbolçularla görüşüb.
Referans.az xəbər verir ki, o, ölkənin aparıcı klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb. 44 yaşlı əfsanə ilə görüşə "Qarabağ", "Neftçi", "Sabah" və "Zirə"nin aşağı yaş futbolçuları qatılıblar.
Görüşün sonunda ona AFFA rəhbərliyi tərəfindən Azərbaycan milli komandasının forması hədiyyə olunub.
Qeyd edək ki, Ronaldinyo BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə ötən gün Bakıya gəlib./Publika.az