EN

EBRD rəsmisi: "Azərbaycanla bərpa olunan enerji əməkdaşlığından məmnunuq"

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlıqdan məmnundur.

"Report" xəbər verir ki, bunu EBRD-nin siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman Bnoyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi mələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Nüvə enerjisi də daxil olmaqla aşağı karbon texnologiyasının maliyyələşdirilməsi" adlı tədbirdə bildirib.

"EBRD üçün ölkələrin enerji transformasiyasına dəstək vermək çox vacibdir. Alternativ enerjidən istifadənin genişləndirilməsində ölkələrə dəstək olmaq barədə uğur qazanmışıq. Azərbaycanda ilk irimiqyaslı bərpa olunan enerji layihələrinə dəstək verdik. Biz sadəcə maliyyə dəstəyi göstərmirik. Eyni zamanda alternativ enerjinin inkişafını dəstəkləmək üçün uyğun bir mühitin formalaşmasında həlledici olan siyasi sahədə də fəaliyyət göstəririk", - deyə o qeyd edib.

Chosen
60
2
korrespondent.az

3Sources