EN

Qərb Ukraynaya yardımı dayandıra bilər – SƏBƏB

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko hesab edir ki, Qərb Zelenskinin vəd etdiyi sosial ödənişlərə görə Kiyevə yardımı dayandıracaq.

KONKRET.az xəbər verir ki, söhbət ölkə başçısının əhaliyə vəd etdiyi dəstək proqramından gedir.

Oktyabrda Ukrayna lideri sosial dəstək proqramı çərçivəsində ölkəsinin vətəndaşlarına 1000 qrivna (təxminən 25 dollar) ödəyəcəyini vəd edib.

Bu qərarı şərh edən Poroşenko bildirib ki, Zelenski bu yolla növbəti prezident seçkilərində səs almağa çalışır, lakin onun fikrincə, seçiciləri bununla razı salmaq olmayacaq.

Sabiq prezident bildirib ki, bu, tərəfdaş ölkələrin Ukraynaya maliyyə yardımını dayandırmasına səbəb ola bilər.

Məlik,
KONKRET.az

Chosen
43
konkret.az

1Sources