EN

Əmək müqavilələrinin sayı artıb

2024-cü ilin on ayında ölkədə qeydə alınan əmək müqavilələrinin sayı 1 871 717 min olub. Bu barədə Dövlət Vergi Xidmətindən bildirilib. 

Bundan öncə iqtisadiyayt naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda son 5 ildə qeyri-neft sektorunun özəl bölməsinə əmək müqavilələrinin sayı 79% artaraq 426 min olub.
 
Dövlət Vergi Xidmətinin son açıqlamasına görə, Son beş ildə Azərbaycanda əmək müqavilələrinin sayında 452 692 vahid artım olub. 
 
2024-cü ilin altı ayında əmək müqavilələrin sayı 43 min artaraq 1 milyon 851 min 588-ə çatıb. 
 
İyunda Milli Məclisin deputatı Vüqar Bayramov söyləyib ki, hazırda  ölkədə 65% insan əmək müqaviləsi olmadan çalışır. 
 
Deputat təklif edib ki, muzdlu işçilərin sayını artırmaq lazımdır. 
 
 
Aytac 

www.anews.az
Chosen
25
anews.az

1Sources