EN

Borel ictimaiyyət qarşısında Trampı təhqir edib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı İspaniya diktatoru Fransisko Franko ilə müqayisə edib.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Borel Avropa Parlamentində keçirilən dinləmələrdə bildirib.

“ABŞ artıq Obamanın dövründə olduğu kimi deyil. Məsələn, Frankonun rəhbərliyi ilə İspaniya Qonzalesin (1982-1996-cı illərdə İspaniya hökumətinin başçısı – red.qeyd) dövründəki İspaniyadan fərqli idi”, - Borel deyib.

Borel əlavə edib ki, Trampla Franko arasındakı fərq Amerika prezidentinin vətəndaşlar tərəfindən seçilməsindədir.

QAZİLER.AZ

Chosen
63
qaziler.az

1Sources