EN

Prokuror Le Penin həbs olunmasını istədi

Prokuror Le Penin həbs olunmasını istədi

Fransanın ifrat sağçı Milli Birlik (RN) Partiyasının qrup sədr müavini və keçmiş prezidentliyə namizəd Marin Le Penin Avropa Birliyi (AB) fondlarından sui-istifadə etdiyi üçün mühakimə olunduğu iddiada 3 il şərti olmaqla 5 il həbs cəzası istənilib.“Politico”nun məlumatına görə, prokurorlar Le Penin mənimsəmədə təqsirli bilinməsini və 3 il şərti olmaqla 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu qərar hakimin başqa cür qərar vermədiyi təqdirdə Le Penin prezidentliyə namizədliyinin avtomatik olaraq qadağan ediləcəyi anlamına gəlsə də, fransalı siyasətçi təqsirli bilinərsə, qərardan apellyasiya şikayəti verə biləcək.Dinləmələr boyu ittihamları rədd edən Le Penin noyabrın 27-dən əvvəl hakim qarşısında müdafiə çıxışı etməsi və yekun qərarın 2025-ci ilin əvvəlində açıqlanması gözlənilir.Ötən həftə keçirilən dinləmələr zamanı Le Pen dördüncü dəfə Fransa prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırdığını və buna qadağa qoyularsa, milyonlarla fransızın prezidentliyə namizədi olmaqdan məhrum ediləcəyini bildirib.

Chosen
52
afn.az

1Sources