EN

İqlim dəyişikliyi Cənubi Qafqaz ölkələrinə hər il orta hesabla 100 milyon dollardan çox zərər vurur

Bəzi çətinliklər, quraqlıq və su qıtlığı, ekstremal temperatur 3 Cənubi Qafqaz ölkəsində hər il orta hesabla 100 milyon dollardan çox itkiyə səbəb olur.

Bu sözləri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təşkil edilmiş “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Dünya Bankı yaşıl enerjiyə keçiddə Cənubi Qafqaz ölkələrinə təhlil və proqramlarla dəstək verir.

“Adaptasiya və keçidlə bağlı 75-85 faiz investisiyalar özəl sektor tərəfindən qarşılana bilər. Dövlətin resursu yoxdur və özəl sektorla tərəfdaşlıq qaçılmazdır. Dövlət şərait yaradılmalıdır ki, özəl sektor bu sahəyə daxil ola bilsin. Maliyyə resursu əldə etmək üçün maliyə mənbəyi alətlərini müəyyənləşdirmək və özəl sektorun qapısını açmaq lazımdır”.

Oxuməni.az

Chosen
43
4
oxumeni.az

5Sources