EN

"Formula 1" Monako ilə müqavilənin müddətini 6 il uzadıb

"Formula 1" Monako ilə müqavilənin müddətini daha 6 il uzadıb.

Bakıvaxtı.az xəbər verir ki, tərəflər 2025-ci ildə başa çatacaq sözləşmənin müddətini 2031-ci ilə qədər artırıblar.

Monako Qran-prisi gələn il mayın 23-25-i aralığında baş tutacaq.

Qeyd edək ki, 8 dəfə Qran-priyə ev sahibliyi edən Azərbaycanın "Formula 1" ilə müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq.

Chosen
8
5
bakivaxti.az

6Sources