EN

Mask İran nümüyəndəsi ilə görüşdü

İlon Mask İranın BMT-dəki səfiri Əmir Səidə İrəvani ilə görüşüb. Tərəflər Vaşinqton və Tehran arasında gərginliyin azaldılmasını müzakirə ediblər.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, iş adamı ilə İran nümayəndəsi arasında görüş Nyu-Yorkda gizli məkanda baş tutub və bir saatdan çox davam edib. İran rəsmiləri bildiriblər ki, söhbət iki ölkə arasında gərginliyin necə aradan qaldırılacağı barədə olub. Onlar görüşü “müsbət” və “yaxşı xəbər” kimi qiymətləndiriblər. Öz növbəsində Trampın kommunikasiyalar üzrə direktoru Stiven Çunq İlon Maskın İran nümayəndəsi ilə görüşünü nə təsdiq, nə də təkzib edib.Hazırkı prezident Co Baydenin BMT-dəki administrasiyasının rəsmiləri də görüş barədə məlumatlandırılmayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
39
1
konkret.az

3Sources