EN

Avropa Komissiyası Ukraynaya 4,1 milyard avro ayırdı

Avropa Komissiyası “Ukraine Facility” proqramı çərçivəsində Ukraynaya 4,1 milyard avro ayırmağa razılaşıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal özünün “Telegram” kanalında yazıb.

Şmiqalın sözlərinə görə, Avropa Komissiyası Ukraynada həyata keçirilən islahatlara müsbət qiymət verib və hökumətin bu məbləğin verilməsi üçün lazımi göstərişləri yerinə yetirdiyini qeyd edib.

“Hökumət ümid edir ki, Avropa İttifaqı Şurası tezliklə qərarı təsdiq edəcək, bundan sonra Ukraynaya yardım proqramı çərçivəsində Ukraynaya ümumi dəstək 2024-cü ildə 16,1 milyard avro təşkil edəcək”, – Şmiqal qeyd edib.

“Ukraine Facility” proqramı ümumi büdcəsi 50 milyard avro olan Ukraynaya Avropa dəstək proqramıdır və 2024-cü ildən 2027-ci ilə qədər fəaliyyət göstərəcək.

Chosen
52
19
veteninfo.az

10Sources