EN

Türkiyədə konsert qalmaqalı böyüyür: İmamoğlu 6 milyardı hara xərcləyib?

2020-ci ildən bəri İstanbul Böyükşəhər Bələdiyyəsi konsert və tədbirlər üçün İBB büdcəsindən 6 milyard 35 milyon türk lirəsi xərcləyib.

Publika.az xəbər ki, konsert xərcləri üçün ödədikləri hədsiz rüsumlara görə bütün CHP bələdiyyələrində tenderlə bağlı qanunsuzluqlar səngimək bilmir.

Həddindən artıq rüsumların xərclənməsi iddialarından sonra Türkiyə Daxili İşlər Nazirliyi Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) ardınca İstanbulun resurslarını İstanbul xalqına xidmət göstərmək əvəzinə konsert və tədbirlərə xərcləyən İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı araşdırma başladıb.

İstanbul Böyükşəhər Bələdiyyəsində bəzi tədbirlərlə bağlı qeyri-qanuni xərclər iddiasından sonra İstanbul Baş Prokurorluğu tədbir görüb.

Chosen
31
publika.az

1Sources